RU

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Bakıxanov, Qaraçuxur və Yeni Günəşli...

"Bakı şəhərinin Baş planına uyğun olaraq 2040-cı ildə Günəşli stansiyasının da açılması nəzərdə tutulub".

BAKU.WS-in məlumatına görə, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, böyüyən şəhərlər üçün dairəvi xətlər çox əhəmiyyət kəsb edir:

"Dərnəgül" stansiyamız "Koroğlu" istiqamətində, daha sonra isə Bakıxanov, Qaraçuxur və Yeni Günəşli qəsəbələrini dövr edərək "Həzi Aslanov-2" şərti adlı stansiyada tamamlanmalıdır. Böyüyən şəhərlər üçün dairəvi xətlər çox əhəmiyyət kəsb edir. Lakin hər bir konseptual sxem dövrü olaraq şəhərin əsas inkişaf istiqamətlərinə uyğun yenidən qiymətləndirilə bilər. Bu səbəbdən hazırda bütün diqqət 2030-cu ilə qədər olan Dövlət Proqramına köklənib və bu layihələr şəhərdə ictimai nəqliyyatın gələcəyinə də yeni daha real baxış gətirilməsini tələb edə bilər".

Orxan Hüseyn

Избранный
14
2
far.az

3Источники