Ölkənin müxtəlif bölgələrində yerləşən təhsil müəssisələrində təmir işləri aparılacaq.
Demokrat.az-ın məlumatına görə, bu məqsədlə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən açıq müsabiqə elan olunub.
Layihənin dəyəri 9 milyon 827 min 658 manat 60 qəpik müəyyən edilib.
Satınalma çərçivəsində təhsil ocaqlarında müxtəlif təmir işlərinin görülməsi nəzərdə tutulur.