RU

İctimai nəqliyyat vətəndaşlara xidmət edən modelə çevrilməlidir Fazil Mustafa

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Hər bir cəmiyyətdə önəmli məsələlərdən biri ictimai nəqliyyat probleminin həllidir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

"Bu yaxınlarda “metro və avtobus qiymətlərinin artmasının səbəbləri, iqtisadi baxımdan müəyyən izahlarının olacağı gözlənilir: Amma həmişə imtiyazlı təbəqələrin - tələbələri, pensiyaçıların, əlillərin, Daun sindromlu uşaqların və bu təbəqədən olan digər insanların ictimai nəqliyyatdan müəyyən güzəştlərlə istifadəsi hələ də öz həllini tapmayıb. Bu yaxınlarda hava limanına taksilərin girişinin məhududlaşdırılmasına Ombudsman tərəfindən də reaksiya verildi. Təsəvvür edin, Naxçıvandan yoxsul bir insan 60 manat biletə pul verib Bakıya gəlir, sonra da 40 manat taksiyə verməlidir ki, şəhərə getsin. Biz ictimai nəqliyyatı vətəndaşlara xidmət edən modelə gətirməliyik", - deyə o, qeyd etdi.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
7
redaktor.az

9Источники