RU

SOCAR-ın idarəsinin qeyri-neft ixracından gəlirləri sabit qalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 272,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.

Bildirilir ki, bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə eynidir.

Xatırladaq ki, 8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

Избранный
16
ikisahil.az

1Источники