RU

Fidan həmkarları ilə Qəzzada sülh planını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan, Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani və İordaniyanın xarici işlər naziri Ayman Əl-Safedi ilə telefon danışığı aparıb.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən alınan məlumata görə, Fidan, Ferhan, Əl-Sani və Safedi arasında telefon danışığı zamanı ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəs planı müzakirə edilib.

Bundan əvvəl ABŞ prezidenti “Qəzzada münaqişəyə son qoymaq üçün hərtərəfli plan” adlı 20 bəndlik təklifini açıqlayıb.

P.Əmircanov
XQ

Избранный
10
1
xalqqazeti.az

2Источники