RU

Vladanka Andreeva: İqlim diplomatiyasında gənclərin iştirakı xüsusilə önəmlidir

“İqlim diplomatiyasında gənclərin iştirakı xüsusilə önəmlidir”.

APA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Gənclərin Rəhbərliyində İqlim Forumunun açılış mərasimində bildirib.

İqlim böhranının dünyanın ən əsas çağırışı olduğunu qeyd edən Vladanka Andreeva gənclərin bu çağırışa qarşı davamlı, yaşıl və ədalətli gələcəyə nail olmaq üçün bərabər tərəfdaşlar kimi qəbul edilməsinin vacib olduğunu vurğulayıb.

“Biz gənclərin liderliyini dəstəkləməyə sadiqik. Mən şəxsən sizin arxanızdayam”, - Vladanka Andreeva qeyd edib.

Избранный
42
3
apa.az

4Источники