RU

Deputatdan 20 sentyabr tarixi ilə bağlı TƏKLİF

Yazını böyüt
Yazını kiçilt

Siyasi təqvim islahatı dünyada həyata keçirilib. Bayramların bir tarixdə birləşdirilməsi daha güclü simvolun yaradılması, xalqın idealları bir bütün kimi qəbul etməsi və milli ruhu bütövləşdirməsi deməkdir.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında komitə sədri Zahid Oruc bildirib. 

O qeyd edib ki, siyasi təqvim tarixi necə kütləvi yaddaşa çevirməyi, hansı dəyərləri önə çıxarmağı və gələcəyə necə baxmağı müəyyənləşdirir:

“Bəs “Zəfər Təqvimi” necə qurula bilər? Bizə görə, Müstəqillik günü Zəfərə gedən yolun başlanğıcıdır, Qurtuluş Günü daxili xaosdan xilasdır, Silahlı Qüvvələr günü Cümhuriyyətin yaratdığı orduya ehtiramdır və onların yarımçıq qalan ideallarının İlham Əliyevin ordusunun gerçəyə çevirməsidir, Zəfər Günü isə ən ali mərhələyə - ümumxalq arzularına yetişməkdir, deməli, siyasi tariximizi düzgün sıralamaq və birləşdirmək gərəkdir”.

Komitə sədri yeni təkliflə çıxış edib:

"Prezidentin bəyan etdiyi yeni tarixi dövrdə Zəfərdən sonrakı təqvimimizdə 17 noyabr Milli Dirçəliş, 18 oktyabr Müstəqilliyin bərpası və 20 sentyabr Suverenlik gününü vahid siyasi idealda birləşdikləri üçün onları eyni bir gündə - 20 sentyabrda Bütövlük və Suverenlik bayramına çevirməyi təklif edirik. Nəticədə Qələbə təqvimimiz düzgün təmələ yerləşir. Əsla hər hansı tarixi günün üzərindən xətt çəkilmir, əksinə, xalqımızın meydan mübarizəsi, müstəqilliyin elanı nəhayət, 2023-cü ilin Xankəndi Zəfəri ilə öz dolğun mənasına qovuşur".

Избранный
14
2
hafta.az

3Источники