RU

Rusiyaya qeyri-neft-qaz ixracı 8 %-dən çox artıb

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.

8 ay ərzində qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində cüzi azalaraq 394,5 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 39,6 % artaraq 220,2 milyon ABŞ dolları olub.

Ötən 8 ayda Azərbaycan həmçinin Gürcüstana 216,4 milyon ABŞ dolları (2 dəfə çox), Ukraynaya isə 131,8 milyon ABŞ dolları (31,4 % çox) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

AzVision.az
Избранный
18
4
azvision.az

10Источники