RU

Aİ Ukrayna və Moldovanın üzvlüyü üçün texniki işlərə başlayır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, Avropa İttifaqı Ukrayna və Moldovanın təşkilata üzvlük prosesini irəlilətmək üçün texniki işlərə başlamağa hazırlaşır. Bu addım Macarıstanın mövqeyinə baxmayaraq atılır.

Məlumata əsasən, Avropa Komissiyası qaydalarını dəyişməyi təklif edib ki, Macarıstanın baş naziri Viktor Orbanın vetosunu yan keçərək rəsmi qərar olmadan belə, bir neçə mövzu üzrə işçi qruplarda texniki işlər başlansın. Bu məsələ 1 oktyabrda Kopenhagendə keçiriləcək sammitdə müzakirə olunacaq.

Bundan əvvəl Politico yazmışdı ki, Avropa Şurasının prezidenti Antoniu Koxta Ukraynanın üzvlüyünə dair Macarıstanın bloklamasını aşmaq üçün qəbul prosedurunun dəyişdirilməsini təşviq edir.

Qeyd edək ki, Macarıstan hökuməti dəfələrlə Ukraynanın tələsik Avropa İttifaqına qoşulmasına qarşı çıxıb. Budapeşt hesab edir ki, bu addım Avropa iqtisadiyyatına zərər vuracaq və Rusiya ilə birbaşa hərbi toqquşmaya gətirib çıxara bilər. İyunun 26-da Brüsseldə keçirilən sammitdə Viktor Orban Ukraynanın üzvlük danışıqlarına başlamağa imkan verəcək ümumi bəyanatı bloklamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
olaylar.az

1Источники