RU

Ölkəmiz Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji marşrutlarının əsas həlqəsinə çevrilb- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və bərpasına, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına, infrastrukturun inkişafına böyük diqqət yetirildi. Azərbaycan döyüş meydanında qələbəni davamlı inkişaf layihəsinə çevirməyi bacaran bir dövlət modeli kimi təqdim edildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "Ölkəmiz Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji marşrutlarının əsas həlqəsinə çevrilmişdir. Azərbaycanın  rolu və əhəmiyyəti regionun hüdudlarından çox-çox kənara çıxır, Avropanın və Asiyanın təhlükəsizliyinə və tərəqqisinə təsir göstərir. 
Möhtərəm cənab Prezidentin çıxışında beynəlxalq münasibətlər sistemində islahatlar aparılmasına çağırış edilməsi də çox əhəmiyyətlidir. Dövlətimizin başçısı beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, qarşılıqlı hörmət və əməkdaşlıq, dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi və ikili standartlardan imtina olunması prinsiplərinin önəmini də vurğulamışdır. Və bu prinsiplərin Azərbaycanın qlobal gündəliyə baxışları kimi təqdim edilməsi möhtərəm Prezidentin çıxışını beynəlxalq hüququn və qlobal idarəetmənin gələcəyi ilə bağlı müzakirələrin mühüm tərkib hissəsinə çevirmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
olaylar.az

1Источники