RU

Deputat deyir ki, tıxac problemi faciəvi həddə deyil

Yazını böyüt
Yazını kiçilt

"Mənə elə gəlir ki, Bakı şəhərində nəqliyyat və yol problemi yoxdur. Paytaxtda "butulka effekti" yaradan darboğazlar problemi var. Bu ünvanları hamı bilir. 20 Yanvar dairəsində, Babək prospektindən Heydər Əliyev prospektinə dönən yolun kəsişməsində və Koroğlu körpüsünün ətrafındadır".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Hikmət Məmmədov deyib. 

Deputat vurğulayıb ki, əslində şəhərimizdə tıxac problemi təqdim olunan qədər faciəvi deyil:

"Biz yeni qanun layihəsi qəbul etməliyik. Yol nəqliyyatının, infrastrukturunun idarəolunmasında iştirak edən müəssisələrin, dövlət qurumlarının fəaliyyətinin koordinasiya edilməsi və onların səlahiyyətlərinin müəyyənləşdirilməsi çox vacibdir".

Избранный
42
12
hafta.az

10Источники