RU

Aİ Ukraynaya 2 milyard avro ayıracaq: fon der Leyen pulun necə xərclənəcəyini izah etdi

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) dron istehsalı üçün Ukraynaya 2 milyard avro ayıracaq. Bu qərar Kiyevin müdafiə qabiliyyətini gücləndirmək və yüksək texnologiyaların inkişafına dəstək vermək məqsədi daşıyır.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Komissiyasının Təhlükəsizlik Şurasının Brüsseldə keçirilən iclasından əvvəl bildirib.

“Ukraynanın bizim birinci müdafiə xəttimiz olduğuna inanmağa davam etsək, Ukraynaya hərbi yardımımızı gücləndirməliyik. Ona görə də biz Ukrayna ilə razılaşdıq ki, indi 2 milyard avro dronlara xərclənəcək”, - deyə fon der Leyen bildirib.

O, bildirib ki, bu pul Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək, həmçinin Avropa İttifaqı üçün faydalı yüksək texnologiyaların inkişafına dəstək vermək üçün nəzərdə tutulub.

"Bu, Ukraynaya miqyasını genişləndirməyə və öz potensialından tam istifadə etməyə imkan verir. Və təbii ki, bu, Aİ-nin də bu texnologiyadan faydalanmasına imkan verəcək", - deyə Avropa Komissiyasının rəhbəri yekunlaşdırıb.

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya yeni yardım mexanizmi hazırlayır. Bu, Ukrayna Rusiyadan müharibə zamanı itkilərə görə kompensasiya aldıqda ödəniləcək “təzminat krediti”dir.

Brüssel dondurulmuş Rusiya dövlət aktivlərinin Ukraynaya köçürülməsi səylərinə dəstək alıb.

Sentyabrın 26-da Avropa Komissiyası rəsmi olaraq Ukraynaya 140 milyard avroluq yeni kreditin maliyyələşdirilməsi üçün dondurulmuş Rusiyanın aktivlərindən istifadə etməyi təklif edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
icma.az

1Источники