Ukraynaya əlavə F-16 qırıcılarının, həmçinin Fransanın “Mirage” və İsveçin “Gripen” təyyarələrinin tədarükü gözlənilir.
“Poliqon” xəbər verir ki, bu barədə BBC-yə müsahibəsində Ukrayna müdafiə nazirinin birinci müavini, general-leytenant İvan Qavrilyuk bildirib.
Ancaq İ.Qavrilyuk sözügedən qırıcıların tədarükü ilə bağlı dəqiq vaxt və say haqqında əlavə məlumat verməyib: “Gəlin belə deyək, onları Ukrayna səmasında görəndə, anlayacaqsınız. Demək olar ki, siz nomenklaturanı düzgün sadaladınız, amma nə vaxt, hansını və necə olacağını detallı deməyəcəyəm”.