Masallı rayonunda 32 yaşlı hamilə ölüb.
APA-nın məlumatına görə, hadisə ötən gün baş verib.
Rayonun Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Abbasova hamiləliyi ilə əlaqədar Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya bildirilib ki, sentyabrın 29-da saat 07:00 radələrində 1993-cü il təvəllüdlü hamilə yaxınları tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.
Hamilənin həkiməqədər ölüm faktı təsdiqlənib.