Cənubi Koreyanın Birləşmə naziri Çunq Donq-younq Şimali Koreyanın ABŞ materikini vura biləcək gücə sahib olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "The Korea Times" qəzeti məlumat yayıb.
Çunq Şimali Koreyanın ABŞ materikinə hücum edə biləcək üç ölkədən birinə çevrildiyini söyləyərək, bu vəziyyətin rasional şəkildə qəbul edilməsi çağırışını edib.
O bildirib ki, Şimali Koreya iqtisadi islahat və açılma axtarışındadırsa, bunun yalnız Cənubi Koreya ilə əməkdaşlıq yolu ilə mümkün ola biləcək.
Şimali Koreya lideri Kim Çen In ilə ABŞ Prezidenti Donald Tramp arasında yeni bir görüş ehtimalı barədə danışan Çunq, hər iki liderin bir-biri ilə görüşmək istədiyini ifadə etdiyini və Kim Çen Inin son dövrlərdə verdiyi mesajların ABŞ və Cənubi Koreyaya yönəlik olduğunu bildirib.