RU

“Şəhidlər xiyabanları haqqında” qanunun qəbul edilməsi təklif olunur


Tətil dövründə Şəhidlər xiyabanında 3 əcnəbinin qeyri-etik davranışı, o cümlədən, illərdir bir sıra işğal partiyası təmsilçilərinin milli yaddaş məkanlarını siyasi mübarizə meydanına çevirməsi “Şəhidlər xiyabanları haqqında” xüsusi qanunun qəbulunu zəruri edir.

Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili vurğulayıb ki, xiyabanların hüquqi statusunun müəyyənləşməsi, milli Qəhrəmanların dəfn olunduğu məkanlar, abidələr və memorial kompleksləri, “milli yaddaş məkanı” statusu daşıyan yerlər haqda yeni hüquqi akt Vətən müharibəsində qələbəmizin də əbədiləşdirilməsinə töhfə olar.

“Qanun şəhidlərin xatirəsinin qorunması, ictimai davranış qaydaları, memarlıq və abadlıq tələbləri, ziyarət mədəniyyəti və protokolları, elektron bələdçilik və təhlükəsizlik tədbirlərini əhatə edə bilər.

Təəssüflər ki, Şəhidlər xiyabanı kimi milli yaddaş məkanlarını da siyasi tribunaya çevirən, onu mitinq meydanına döndərən, hakimiyyət əleyhinə xalqın emosiyalarını və şəhidlərin xatirəsini istismar edən qüvvələr var. Halbuki şəhidlərin siyasi mübarizəyə alət edilməsi təkcə etik deyil, milli təhlükəsizlik məsələsidir.

Qanun bu məkanın toxunulmazlığını təmin etmək, milli həmrəyliyi qorumaq, etik çərçivələri və dəyərlər üzərində vəhdəti gücləndirmək üçün tam zəruridir.

“Şəhidlər xiyabanlar haqqında” qanun olsaydı, xalqın ruhən birləşdiyi məkanlar siyasi parçalanmaya alət etməzdi. Qanun xüsusi günlərdə ziyarətləri protokollaşdırmağa, milli-mənəvi yaddaşın canlı saxlamağa da kömək edərdi”, - deyə komitə sədri qeyd edib.

Избранный
21
10
baki-xeber.com

10Источники