Nazirlər Kabinetinin mətbuat xidmətindən Aktual.az -a verilən xəbərə görə, Belarus Prezidenti MDB Hökumət Başçıları Şurası üzvlərini salamlayıb.
Görüşdə çıxış edən Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Aleksandr Lukaşenkoya çatdırıb.
Baş nazir, həmçinin Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının ikitərəfli gündəliyinə daxil olan məsələlərə toxunub.