RU

Bakıda nəqliyyat və yol problemi yoxdur - Hikmət Babaoğlu

"Mənə elə gəlir ki, Bakı şəhərində nəqliyyat və yol problemi yoxdur. Paytaxtda "butulka effekti" yaradan dar boğazlar problemi var. Bu ünvanları hamı bilir. "20 Yanvar" dairəsində, Babək prospektindən Heydər Əliyev prospektinə dönən yolun kəsişməsində və Koroğlu körpüsünün ətrafındadır".

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, bunların nizamlanması ilə bağlı xüsusi ekspertlərin dəvət olunması və bu keçidlərin işlək vəziyyətə gətirilməsi problemi həll edə bilər:

"Əslində, şəhərimizdə tıxac problemi təqdim olunan qədər faciəvi deyil. Həmçinin biz yeni qanun layihəsi qəbul etməliyik. Yol nəqliyyatının, infrastrukturunun idarəolunmasında iştirak edən müəssisələrin, dövlət qurumlarının fəaliyyətinin koordinasiya edilməsi və onların səlahiyyətlərinin müəyyənləşdirilməsi çox vacibdir".

Mürtəza

Избранный
29
12
olke.az

10Источники