RU

“NetIX”lə əməkdaşlıq bizə qlobal şəbəkəyə çıxış imkanı yaradır”

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

NetIX şirkəti “Aztelekom”un təcrübəsi barədə qısa icmal yayımlayıb.

Məsələ ilə bağlı “Aztelekom”dan “Qafqazinfo”ya bildirilib ki, magistral internet provayderi kimi fəaliyyət göstərmək AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC üçün mühüm bir addımdır.

“Biz qlobal operatorlar sırasına qoşularaq digər internet provayderlərinə data tranzit xidmətləri də göstərə biləcəyik.

Hədəfimiz təkcə Azərbaycanın daxilində deyil, regionda da güclü oyunçu olmaqdır. “NetIX” və digər beynəlxalq provayderlərlə əməkdaşlıq bizə daha qlobal şəbəkəyə çıxış imkanı yaradır. Bu, gələcəkdə həm qonşu ölkələrlə birbaşa trafik mübadiləsini, həm də Azərbaycanın regional “rəqəmsal körpü” rolunu gücləndirir.

“Aztelekom”un “backbone” internet provayder qismində fəaliyyətə başlaması şəbəkə resurslarının daha effektiv idarə olunmasına, ehtiyat kanallar vasitəsilə fasiləsiz xidmət təminatına və telekommunikasiya bazarında sağlam rəqabət mühitinin genişlənməsinə imkan yaradır. Bu yanaşma Azərbaycanın regionda rəqəmsal hab funksiyasını icra etməsinə şərait yaradır”, - deyə açıqlamada qeyd edilib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
qafqazinfo.az

2Источники