RU

6 ölkə Rusiyaya görə hərəkətə keçdi – Yeni təklif

Avropanın şərq cinahında “dron divarı” yaradıla bilər.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen təşəbbüs irəli sürüb.

“Biz təcili tədbirlər görməliyik. Layihə Ukrayna və NATO ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Avropanın hava məkanını pozmaq cəhdlərinə cavabı qətiyyətli və vahid olacaq”, – deyə o bildirib.

Məlumata görə, təşəbbüsün əsas iştirakçıları Almaniya, Polşa, Finlandiya, Litva, Latviya və Estoniyadır.

“Dron divarı” Rusiya sərhədi boyunca müxtəlif monitorinq alətləri və avtomatlaşdırılmış PUA əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsini nəzərdə tutur. Layihə hazırda inkişaf və prototip seçimi mərhələsindədir”, – deyə Leyen əlavə edib./Globalinfo.az

Избранный
10
1
turkustan.az

2Источники