RU

Çay stəkanına tüpürən qızla bağlı vacib detal Bundan sonra...

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Şəkidə fəaliyyət göstərən “Azra” şirniyyat evinin əməkdaşı Ayşən Babazadənin müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər müzakirə edilir. Sözügedən obyektin rəhbəri Murad Nəsibovun açıqlamasında bir detal diqqət çəkib. O qeyd edib ki, həmin işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılıb və bundan sonra heç yerdə işləyə bilməz.

Vətəndaşın işləmək hüququ tamamilə əlindən alına bilərmi? Hansı hallarda tamamilə işsiz qalmaq olar və bu zaman şəxsin yaşam təminatı necə olur?

Globalinfo.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib ki, 70-ci maddənin “Ç” bəndi ilə işdən azad olunmaq hökm xarakteri daşımır və işçinin başqa yerdə işləməsinə mane olmur:

“Bu bənd əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Yəni bu səbəbdən vətəndaş sadəcə işdən çıxarıla bilər. Sovet dövründə oxşar hallarda 38.1-ci maddə ilə işdən çıxarılmaq var idi, bu da ciddi problemləri əhatə edirdi, lakin yenə də həmin şəxslərin başqa yerdə işləməsi mümkün olurdu. Hazırda hər il on minlərlə işçi məhz bu maddə ilə işdən azad edilir və onlar başqa müəssisələrdə əmək fəaliyyətini davam etdirə bilirlər. Niyə də işləməsinlər?”.

Sahib Məmmədov

Hüquqşünas bildirib ki, işsiz qalmaq yalnız müəssisənin fəaliyyətini dayandırması, ixtisar, sağlamlıq vəziyyəti və digər obyektiv səbəblər nəticəsində mümkündür:

“Amma tamamilə işləmək hüququndan məhrum edilmə qaydası nəzərdə tutulmayıb”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
globalinfo.az

2Источники