RU

Əli Əsədov Lukaşenko ilə görüşdə iştirak etdi - FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurası üzvlərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bugünkü görüşündə iştirak edib.

Bu barədə Missiya.Az-a Nazirlər Kabinetindən (NK) məlumat verilib.

Belarus Prezidenti MDB Hökumət Başçıları Şurası üzvlərini salamlayıb.

Görüşdə çıxış edən Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Aleksandr Lukaşenkoya çatdırıb.

Baş nazir həmçinin Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının ikitərəfli gündəliyinə daxil olan məsələlərə toxunub.

Избранный
21
35
missiya.az

10Источники