RU

Paşinyan: Məni həbsdən onlar çıxardı

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“2011-ci ildə həbsdən Avropa Şurası, AŞPA və Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sayəsində azad olunmuşam”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı deyib.

“2008-ci il martın 1-də müxalifət sıralarında idim, sonra yeraltına çəkilməli oldum, sonra könüllü olaraq yeraltından çıxdım, bundan sonra həbs olundum və 7 il müddətinə azadlıqdan məhrum edildim. Bütün bu müddət ərzində səbirsizliklə AŞPA-dan və AİHM-dən xəbər gözləyirdim. Nəticədə Avropa Şurası, AŞPA və AİHM-in ardıcıl səyləri nəticəsində 1 il 11 ay həbsxanada qaldıqdan sonra azad olundum”, - baş nazir qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
1
sherg.az

2Источники