RU

İdman zallarında ürəktutmaları ilə bağlı AÇIQLAMA KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son vaxtlar idman zallarında qəfil ürək dayanması halları ilə bağlı xəbərlər tez-tez gündəmə gəlir. Xüsusən də ürək problemi olan şəxslərin ağır fiziki məşqlər zamanı həyati risklə üz-üzə qalması narahatlıq doğurur. Maraqlıdır, ani ürək dayanmasının çox vaxt idman zamanı baş verməsinin səbəbi nədir?

Kardioloq Emil Hasilov KONKRET.az-a açıqlamasında bildirib ki, ürək xəstəliyi anlayışı genişdir və bu xəstəliklərin əksəriyyəti ağır fiziki idman növlərinə məhdudiyyət qoyur.

“Ürək xəstəliyindən şübhələnən pasiyentlər mütləq həkim müayinəsindən keçməli və yalnız həkimin icazəsi ilə müəyyən yüngül idman növləri (kardio, üzgüçülük və s.) ilə məşğul olmalıdırlar”.

Onun sözlərinə görə, qəfil ölümlərin əsas səbəbi məhz ürək xəstəlikləridir:

“Ürəyin işemik xəstəliyi, kardiomiopatiyalar, anadangəlmə ürək qüsurları, qapaq xəstəlikləri, arterial hipertenziya və ürək ritmini pozan sindromlar (Bruqada, Wolf Parkinson White və s.) qəfil ürək dayanmasına yol açır. Bu hallar təkcə idman zalında deyil, küçədə gəzərkən və ya yuxuda olarkən də baş verə bilər”.

Kardioloq vurğulayıb ki, fiziki idman zamanı ürək vurğusunun və arterial təzyiqin artması ürəyin qana tələbatını yüksəldir. Bu isə infarkt, ritm pozulması və nəticədə ürək dayanmasına səbəb olur:

“Əgər vaxtında ilkin tibbi yardım göstərilməsə, bu hallar çox vaxt ölümlə nəticələnir. Ona görə də idman zallarında məşqçilərə ilkin yardım, xüsusilə ürəyin qapalı masajı (CPR) öyrədilməlidir. Bu, çox vaxt insanların həyatını xilas edə bilir”.

Mütəxəssis həmçinin vətəndaşlara mütəmadi həkim müayinəsindən keçməyi tövsiyə edib. Onun sözlərinə görə, vaxtında aparılan müayinə ürək xəstəliklərinin erkən aşkarlanmasına və qəfil ölümlərin qarşısının alınmasına kömək edir.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
1
konkret.az

2Источники