RU

Pakistanda hərbi qərargah qarşısında partlayış - Ölənlər və yaralananlar var

Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində silahlılar hərbiləşdirilmiş təhlükəsizlik qüvvələrinin qərargahı qarşısında bomba yüklü avtomobili partladıb.

Milli.Az xəbər verir ki, nəticədə azı 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Polisin məlumatına görə, avtomobil partladılmadan əvvəl içərisindəki 4 hücumçu çıxaraq əsgərlərlə atışmaya girib. Onların hamısı zərərsizləşdirilib.

Partlayışın gücü kilometrlərlə uzaqdan hiss olunub, yaxınlıqdakı binaların şüşələri sınıb, avtomobillərə ziyan dəyib. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qrup üzərinə götürməyib. Lakin ehtimallar tez-tez bölgədə hücumlar törədən Bəlucistan separatçı qruplarına yönəlib.

Milli.Az

Избранный
23
26
milli.az

10Источники