Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında qeyd edib ki, tarix göstərir - istənilən divarların yaradılması həmişə mənfi nəticə verib. O, Ukraynanın militarist siyasətinin yeni bölücü divarların inşasına səbəb ola biləcəyini təəssüf doğuran hal adlandırıb.
"Biz görürük ki, onlar (Ukrayna - red.) dialoqa girmək və təhlükəsizlik təminatlarını birgə axtarmaq əvəzinə militarist yanaşmanı davam etdirirlər", - deyə Peskov bildirib.
Kreml sözçüsü əlavə edib ki, Avropanın müxtəlif paytaxtlarından fərqli səslər eşidilir və Moskva vəziyyəti izləməkdə davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31