RU

Kidman 19 illik ərindən ayrıldı

Hollivud aktrisası Nikol Kidman və məşhur müğənni Kit Urban 19 illik evliliklərinə son verib.

Milli.Az-ın xəbərinə görə, 58 yaşlı Kidman ilə 57 yaşlı Urban cütlüyü yaydan bəri ayrı yaşayırmış. Musiqiçi Neşvildə ev alaraq ailə malikanəsindən köçüb.

Məlumatlara görə, ayrılmaq qərarını alan Kit Urban olub, Nikol Kidman isə evliliyi davam etdirmək istəyirmiş. İnsayderlər bildirirlər ki, Kidman "Bəzən münasibətlər sadəcə öz axarı ilə gedir" deyərək vəziyyəti xilas etməyə çalışıb.

Cütlüyün nümayəndələri ayrılıq səbəbləri barədə açıqlama verməyib. Kidman və Urban 2005-ci ildə tanış olub, 2007-ci ildə isə ailə qurmuşdular. Onlar uzun illər Avstraliyanın ən sevilən ulduz cütlüklərindən biri hesab olunurdular.

TMZ iddia edir ki, bir çox mənbə bu xəbəri təsdiqləyib və cütlüyün aylardır ayrı yaşadığını açıqlayıb.

Milli.Az

Избранный
36
milli.az

1Источники