“Azerfon” MMC-nin ("Nar" ticarət nişanı) rəhbərliyində dəyişiklik olub.
News24.az xəbər verir ki, bu gün şirkətin baş icraçı direktoru Qunnar Panke karyerasında yeni mərhələyə başlamaq məqsədilə tutduğu vəzifədən ayrılıb.
O, 8 ilə yaxın müddətdə “Nar” rəhbərliyində təmsil olunub.
Qeyd edək ki, “Nar” baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı məlumatı yaxın zamanda ictimaiyyətə təqdim edəcək.