RU

Paşinyan Azərbaycanla sülhün bərqərar olmasını tarixi hadisə adlandırıb

8 avqust 2025-ci il tarixinədək Ermənistan və Azərbaycan sülhə nail olmaq və dövlətlərarası münasibətlərin qurulması üçün bir sıra addımlar atıb, lakin ABŞ Prezidentinin iştirakı olmadan indiki nəticəyə nail olmaq mümkün olmayıb...

APA “Armenpress”ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının payız sessiyasındakı çıxışında bildirib.

ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ilə bağlı bəyannamə qəbul edilib. Prezident Tramp da şahid olaraq bu bəyannaməni imzalayıb”, - Paşinyan deyib.
Ermənistanın Baş naziri sülhün bərqərar olmasını tarixi hadisə adlandırıb.

O qeyd edib ki, bu, təkcə Ermənistan hökumətinin və xalqının deyil, həm də Azərbaycan hökumətinin və xalqının nailiyyətidir:

“Sülh tətil və ya istirahət deyil, sülh gündəlik işdir. Sülh yeni doğulmuş bir körpə kimi, gündəlik qayğı tələb edir. Bu gün yeni doğulmuş sülhümüz 1 ay 22 günlükdür və biz onu qorumalı, sevməli və ona qayğı göstərməliyik ki, böyüsün və Cənubi Qafqaz regionumuzun çiçəklənməsinə töhfə versin”.

Poliqon info

Избранный
4
5
poliqon.info

6Источники