Mingəçevir, 30 sentyabr, AZƏRTAC
III MDB Oyunlarının taekvondo yarışlarında 2-ci günün finalçılar bəlli olub.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Vasif Səlimov (68 kiloqram) həlledici mərhələyə vəsiqə qazanıb.
Digər taekvondoçular - Nigar Abdullayeva, Leyla Bəşirova ( hər ikisi 57 kiloqram), Səmərrux Osmanova, Zemfira Həsənzadə ( hər ikisi 49 kiloqram), Zemfira Aslanova, Nərmin Ənsəri ( hər iki 67 kiloqram), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kiloqram ), Rza Əsədli (80 kiloqram) və Xan Məmmədzadə (87 kiloqram) bürünc medal qazanıb.
Ötən gün isə Azərbaycan taekvondoçuları 3 qızıl, 2 gümüş və 6 bürünc əldə ediblər.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.