RU

Plasitik əməliyyatda ölən Nəzrin Mansurlunun işi ilə bağlı məhkəmədə ekspert ifadə verdi

BAKI, 30 sentyabr. TELEQRAF

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş cərrah Sənan Mehdiyevin məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrlik etdiyi prosesdə ekspert Məhəmməd Əmrahov ifadə verib.

Ekspert əməliyyat diskini izlədiyini bildirib. Onun sözlərinə görə, təqdim olunmuş 07.01.2025 və 10.01.2025-ci il tarixində çəkilmiş baş-beyin KT müayinəsində görüntülərdə burun nahiyəsində, alın və xəlbir sümüklərində postop sümük defektlari və sınıq xətti izlənilib. Alında sag tərəfdə qopmuş sümük fraqmentlar aşkar olunub.

Daha sonra zərərçəkmiş şəxsin vəkili Tural Musayev, ekspertə, ekspertiza rəyində yazılmış və onun adından verilmiş rəyin özünə məxsus olub-olmasını və təsdiq edib-etməməsini soruşub.

Məhəmməd Əmrahov yazılanların ona məxsus olduğunu və tam təsdiq etdiyini bildirib.

TəqsirləndirilənSənan Mehdiyev ekspertdən xəstəni meningit edə biləcək hər hansı sınıq aşkar edib-etmədiyini soruşub.

M.Əmrahov burun əməliyyatlarının hər biri fərqli olduğunu qeyd edib: "Mən deyə bilmərəm ki, bu, hansı sümük zədələnməsidir. Xəstənin kəllə boşluğunda sınıq yox idi".

Sənan Mehdiyevin vəkili ekspertdən neçə vaxtdır işlədiyini soruşub. M.Əmrahov 20 ildən sonra ancaq KT üzrə sənədlərə baxaraq rəy bildirdiyini deyib: "Mən KT-dən başqa heç nəyə cavabdeh deyiləm".

Növbəti məhkəmə prosesi oktyabrın 3-nə təyin olunub.

İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu cərrahi əməliyyat edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirməsinə səbəb olub.

İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında mütləq tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.

Nəzrin Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada həkim Sənan Mehdiyevin əməliyyat zamanı burun, alın, xəlbir sümüklərini sındırması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastikaəməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Избранный
15
7
teleqraf.com

8Источники