
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Vidadi oğlu Əhmədova “Ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Reyting.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.