RU

“Ukraynada itkilərin miqyası artıq milyonları aşır və bu savaşı bitirmək lazımdır“ Kit Kelloq

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Tomahawk" təklifi Moskvanı hiddətləndirir, İsveç isə "Gripen" tədarükünü təxirə salır..."

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Varşava Təhlükəsizlik Forumunda çıxış edərək əvvəlki bəyanatlarını dəqiqləşdirib. O bildirib ki, Ukraynaya "Tomahawk" qanadlı raketlərinin verilməsi ilə bağlı yalnız ictimai müzakirələrə istinad edib və Vaşinqtondakı qərarvermə prosesindən xəbərsizdir.

Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ua" nəşri məlumat yayıb.

Bununla belə, raketlərin strateji əhəmiyyətini vurğulayan Kelloq qeyd edib: "Tomahawk" çox mükəmməl sistemdir və əgər onların istifadəsinə icazə verilərsə, bu, istənilən müharibənin dinamikasını dəyişə bilər". Kelloq həmçinin diqqəti Avropada İkinci Dünya müharibəsindən sonra ən böyük quru savaşının davam etməsinə çəkərək bildirib ki, itkilərin miqyası artıq milyonları aşır və "bu müharibəni hər halda bitirmək lazımdır".

Moskvanın cavab hədələri

Rusiya tərəfi isə Ukraynaya "Tomahawk" raketlərinin verilməsi ehtimalına sərt reaksiya verib. Dövlət Dumasının müdafiə komitəsi sədrinin müavini Aleksey Jüravlyov bəyan edib ki, belə addım ABŞ-ı münaqişənin birbaşa iştirakçısına çevirəcək. Onun sözlərinə görə, bu halda Moskva orta mənzilli "Oreşnik" raket kompleksindən istifadə imkanını nəzərdən keçirə bilər.

Kreml sözçüsü Dmitri Peskov da məsələni şərh edərək, "Moskva diqqətlə analiz aparır" deyib və əsas sualın raketlərin kim tərəfindən - ukraynalı hərbçilər, yoxsa ABŞ ordusu tərəfindən buraxılacağı olduğunu qeyd edib. ABŞ vitse-prezidenti Ceyms Vens isə bəyan edib ki, Ağ Evdə məsələ müzakirə olunur, lakin yekun qərarı prezident Donald Tramp verəcək.

İsveçin "Gripen" mövqeyi

Digər tərəfdən, Ukraynanın havadan müdafiə imkanlarını gücləndirmək üçün müzakirə olunan mövzulardan biri də İsveç istehsalı "JAS 39 Gripen" qırıcılarıdır. Ukrayna müdafiə nazirinin birinci müavini İvan Qavrilyuk bu təyyarələrə maraq göstərildiyini təsdiqləsə də, İsveç Müdafiə Nazirliyi hələlik təcili tədarük ehtimalını istisna edib:

"Biz Ukrayna ilə dərin və konstruktiv dialoq aparırıq, amma yeni məlumat yoxdur", - İsveç  Müdafiə Nazirliyi bəyan edib. Ukrayna daha çox "Gripen E" versiyasına maraq göstərir, çünki bu təyyarələr müasir 4+ nəsil standartlarına cavab verir. Lakin İsveç müdafiə naziri Paul Yonsson qeyd edib ki, real satış yalnız Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra mümkün ola bilər.

Ukraynaya uzaqmənzilli silah və müasir qırıcıların verilməsi məsələsi Qərbdə də, Rusiyada da mübahisə və hədələrlə müşayiət olunur. ABŞ tərəfi hələ qəti qərar verməyib, Kreml isə açıq şəkildə təhdid edir. İsveç isə ehtiyatlı mövqe tutur, amma gələcəkdə Ukraynanı gücləndirmə ehtimalını tam istisna etmir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
moderator.az

2Источники