RU

Rus hərbi bazasının Ermənistandan çıxarılması... – Səfir

102-ci hərbi bazanın çıxarılması məsələsi ikitərəfli münasibətlərin gündəmində deyil.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Ermənistan bunu bütün səviyyələrdə açıq şəkildə bəyan edib. Rusiyanın hərbi mövcudluğu Ermənistanın təhlükəsizlik sisteminin mühüm sütunu və regional sabitliyin mühüm amili olaraq qalır. Eyni zamanda, ordumuz bölgədə heç kimə təhlükə yaratmır. İlkin olaraq, Rusiyanın Ermənistan ərazisində hərbi mövcudluğu haqqında Saziş 1995-ci il martın 16-da Moskvada hər 5 ildən bir avtomatik yenilənmə ilə 25 il müddətinə imzalanıb. Daha sonra, 2010-cu ildə İrəvanda ölkələrimiz bu sənədə Rusiya silahlı qüvvələrinin hərbi hissələrinin Ermənistan ərazisində yerləşdirilməsinin hər 5 ildən bir yenilənmək imkanı ilə 2044-cü ilə qədər uzadılmasını nəzərdə tutan əlavə protokol imzaladı”, - o bildirib.

Избранный
18
7
axar.az

8Источники