RU

Paşinyan ermənilərin Qarabağa qayıdışını sülh prosesi üçün təhlükə adlandırdı


Ermənistanın Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı bildirib ki, ermənilərin Qarabağa qayıdışının real olduğunu düşünmürəm.

O deyib: “İnsanlar tez-tez məndən ermənilərin Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşurlar. Düzünü desəm, mən bunun real olduğunu düşünmürəm. Eyni zamanda, mən bu məsələni sülh prosesi üçün təhlükəli hesab edirəm”.

N.Paşinyanın sözlərinə görə, Qarabağdan gələn ermənilər Ermənistanda qalmalıdırlar və artıq onların mənzillərlə təmin edilməsi proqramına başlanılıb.

ZÜMRÜD

Избранный
8
8
baki-xeber.com

10Источники