Baş prokurorun müavini – hərbi prokuror Bəhruz Vidadi oğlu Əhmədova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, B.Əhmədov bu ilin may ayında Prezident tərəfindən baş prokurorun müavini – hərbi prokuror təyin edilib.