RU

"Şimal axını" boru kəmərini partlatmaqda şübhəli bilinən ukraynalı Polşada saxlanılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Polşanın paytaxtı yaxınlığındakı Pruskov şəhərinin polisi "Şimal axını-1" və "Şimal axını-2" qaz kəmərlərini partlatmaqda şübhəli bilinərək Almaniya hakimiyyəti tərəfindən axtarışda olan Ukrayna vətəndaşı Volodimir J.-ni saxlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RMF FM" radiostansiyası məlumat verib.
Məlumata görə, ukraynalı Varşava Dairə Prokurorluğuna təhvil verilib və onun Almaniyaya ekstradisiyası prosesinə başlanılacaq. Saxlanılma Almaniya məhkəməsi tərəfindən hazırlanan Avropa həbs orderinə əsasən həyata keçirilib.
Respublika baş prokurorunun mətbuat katibi Anna Adamyak insidentlə bağlı şərh verməkdən imtina edib və jurnalistləri Varşava Dairə Prokurorluğuna yönləndirib.
Bundan əvvəl "Die Zeit" qəzeti yazmışdı ki, alman müstəntiqləri "Şimal axını" boru kəmərini partladan bütün diversantların şəxsiyyətini müəyyən ediblər. Altı Ukrayna vətəndaşının həbsinə order verilib. Qəzetin qeyd etdiyi kimi, yeddinci şübhəli 2024-cü ilin dekabrında Ukraynanın şərqində hərbi əməliyyatlar zamanı ölmüş ola bilər. Almaniya Federal Prokurorluğunun məlumatına görə, təxribat qrupu Rostokdan "Andromeda" yaxtası ilə Baltik dənizində cinayət yerinə gələn kapitan, koordinator, partlayıcı maddələr üzrə ekspert və dörd dalğıcdan ibarət olub.
Избранный
9
2
oxu.az

3Источники