RU

Tələbələri daşıyan avtobus qəzaya uğradı Ölənlər var

Moderator.az saytına istinadən ain.az xəbər verir.

İranın Simnan əyalətində tələbələri daşıyan avtobus ağır qəzaya düşüb.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, hadisə Simnan-Sorxe magistral yolunda baş verib.

Bildirilib ki, tibb fakültəsinin tələbələrini daşıyan ictimai nəqliyyat vasitəsi TIR-la toqquşaraq yoldan çıxıb. Qəza nəticəsində 20 və 25 yaşlı iki qadın həlak olub.

Avtobusda ümumilikdə 11 qadın olub. Qəzada, habelə, 32 yaşlı sürücü xəsarət alıb. Yaralıların vəziyyəti barədə hələlik ətraflı məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
2
moderator.az

3Источники