RU

Azərbaycan və Ukrayna "yaşıl enerji" əməkdaşlığını müzakirə edib

Azərbaycan və Ukrayna günəş, külək və kiçik hidroenergetikanın inteqrasiyası, müasir enerji toplayan texnologiyalarının tətbiqi, elmi-texniki və investisiya əməkdaşlığı imkanları daxil olmaqla, "yaşıl enerji" sahəsində əməkdaşlığı müzakirə edib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, müzakirələr Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Azərbaycan-Ukrayna: Hidroakkumulyator Elektrik Stansiyası (HAES) və bərpa olunan enerji sahəsində yeni tərəfdaşlıq imkanları" mövzusunda dəyirmi masada aparılıb.

"Azərbaycan-Ukrayna Enerji Assosiasiyası" İctimai Təşkilatının təşəbbüsü ilə baş tutan tədbirdə hər iki ölkənin enerji sektorunun görkəmli xadimləri, elmi institutlar, enerji şirkətləri, diplomatik korpus üzvləri və müstəqil ekspertlər iştirak ediblər. Azərbaycan tərəfi iclasa onlayn formatda qoşulub.

Müzakirələrdə əsas mövzulardan biri enerji sistemlərinin balanslaşdırılmasında HAES-in rolu idi.

Dəyirmi masada "Azərbaycan-Ukrayna Enerji Assosiasiyası"nın fəxri sədri Yuri Landau "Ukraynada və Azərbaycanda balanslaşdırıcı güclərin inkişafı: bərpa olunan enerji mənbələrinin artan payı şəraitində perspektivlər" mövzusunda məruzə edib. "Bu dəyirmi masa təkcə ideyaların mübadiləsi deyil, həm də hər iki ölkənin enerji gələcəyinə dair strateji baxışın formalaşmasıdır. HAES texnologiyaları və bərpa olunan enerjinin inteqrasiyası üzrə birgə layihələr regional enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər", - o qeyd edib.

Ukrayna energetika nazirinin müavini Nikolay Kolesnik isə enerji sahəsinin inkişafı üçün irəli sürülən təşəbbüslər barədə çıxış edib.

Xatırladaq ki, "Azərbaycan-Ukrayna Enerji Assosiasiyası" İctimai Təşkilatı iki ölkə arasında enerji, innovasiya və investisiya sahəsində əməkdaşlığın inkişafına dəstək vermək məqsədi ilə yaradılıb. Assosiasiya dialoq platforması, ekspert icması və biznes tərəfdaşlığı mərkəzi kimi fəaliyyət göstərir.

Избранный
4
3
missiya.az

4Источники