Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş cərrah Sənan Mehdiyevin məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.az-a istinadla xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrlik etdiyi prosesdə ekspert Məhəmməd Əmrahov ifadə verib.
Ekspert əməliyyat diskini izlədiyini bildirib. Onun sözlərinə görə, 07.01.2025 və 10.01.2025-ci il tarixlərində çəkilmiş baş-beyin KT müayinəsində görüntülərdə burun nahiyəsində, alın və xəlbir sümüklərində postop (əməliyyatdan sonrakı - red.) sümük defektləri və sınıq xətti izlənilib. Alında sağ tərəfdə qopmuş sümük fraqmentləri aşkar olunub.
Daha sonra zərərçəkmiş şəxsin vəkili Tural Musayev ekspertə verdiyi rəydə yazılanların özünə məxsus olub-olmadığını və onları təsdiq edib-etmədiyini soruşub.
Məhəmməd Əmrahov yazılanların ona məxsus olduğunu və rəyi tam təsdiq etdiyini bildirib.
Təqsirləndirilən Sənan Mehdiyev ekspertdən xəstəni meningit edə biləcək hər hansı sınıq aşkar edib-etmədiyini soruşub.
Məhəmməd Əmrahov burun əməliyyatlarının hər birinin fərqli olduğunu qeyd edib:
"Mən deyə bilmərəm ki, bu, hansı sümük zədələnməsidir. Xəstənin kəllə boşluğunda sınıq yox idi".
Sənan Mehdiyevin vəkili ekspertdən neçə vaxtdır bu sahədə işlədiyini soruşub. Məhəmməd Əmrahov 20 ildən çox ancaq KT üzrə sənədlərə baxaraq rəy bildirdiyini deyib: