Zəngəzur dəhlizi Cənubi Qafqazda normallaşma prosesində həyati rol oynayır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının nəqliyyat nazirlərinin 8-ci toplantısında çıxış edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
“Regionumuz üçün digər xoş xəbər Zəngəzur bağlantısı vasitəsilə yeni imkanların açılmasıdır. Bu dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru nəqliyyatını təmin edəcək və bütün Türk dünyasını bir-birinə bağlayacaq mühüm addım olacaq. Eyni zamanda, bütün bölgə ölkələri bundan faydalanacaq”, – nazir qeyd edib.
"Cebheinfo.az"