RU

Masallıda hamilə qadının ölümü ilə bağlı təfərrüat məlum oldu

Masallı rayonunda hamilə qadının ölümü ilə bağlı təfərrüat məlum olub...

Oxu.Az xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, Yardımlı rayonunun Avur kənd sakini, 1993-cü il təvəllüdlü Afət Mətləb qızı Abbasova hamiləliyinin 7-ci ayında Bakı şəhərinə aparılıb. Bu vaxt o, özünü narahat hiss edib.

Buna görə də o, yaxınlıqda yerləşən Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin qadın xəstəxanaya çatdırılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Masallıda hamilə qadın xəstəxanaya ölü vəziyyətində gətirilib.

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Sentyabrın 29-u saat 07:00-da 1993-cü il təvəllüdlü hamilə yaxınları tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.

Hamilənin həkiməqədər ölüm faktı təsdiqlənib", - məlumatda qeyd olunub.

***

Masallı rayonunda hamiləliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilən 32 yaşlı qadın ölüb.

APA-nın məlumatına görə, hadisə ötən gün baş verib.
Rayonun Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Abbasova hamiləliyi ilə əlaqədar Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Избранный
13
4
poliqon.info

5Источники