RU

Aİ Ukrayna və Moldova ilə texniki inteqrasiyaya başlayır Macarıstanın vetosuna baxmayaraq

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa İttifaqının (Aİ) rəhbərliyi Ukrayna və Moldova ilə üzvlük istiqamətində texniki işlərə başlamağa hazırlaşır.

“AzPolitika” xəbər verir ki, bu barədə çərşənbə axşamı “Financial Times” Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, addımın məqsədi Macarıstanın davamlı şəkildə prosesə süni əngəl yaratmasına baxmayaraq, Kiyev və Kişinyovun Avropa blokuna inteqrasiyasını irəli aparmaqdır.

Ukrayna 2022-ci ildə – Rusiyanın genişmiqyaslı işğalının başlamasından bir neçə həftə sonra Aİ-yə üzvlük üçün müraciət etmişdi. Az sonra Moldova da eyni addımı atdı. Hər iki ölkə ötən il Avropa İttifaqı ilə rəsmi danışıqlara başlamışdı. Lakin həmin vaxtdan bəri Macarıstan hökuməti bu prosesin irəliləməsinə mane olur.

Məsələ ondan ibarətdir ki, Aİ-də 27 üzv ölkənin yekdil razılığı tələb olunur. Bu isə namizəd ölkələrin qanunvericiliyinin Avropa normalarına – enerji siyasətindən tutmuş hüququn aliliyinə qədər uyğunlaşdırılması ilə bağlı müzakirələrin rəsmən başlanmasına imkan verə bilmir.

“Financial Times”ın mənbələrinin sözlərinə görə, Avropa Komissiyası vəziyyətdən çıxış üçün qaydalara dəyişiklik təklif edib. Yeni mexanizm Macarıstanın vetosunu dolayısı ilə neytrallaşdırmağa hesablanıb və müxtəlif “klasterlər” üzrə texniki işlərin başlanmasını nəzərdə tutur. Bu isə rəsmi qərar qəbul edilməsə belə, inteqrasiya prosesinin faktiki olaraq işə düşməsi deməkdir.

Məlumata görə, məsələ 1 oktyabrda Kopenhagendə keçiriləcək Aİ liderlərinin görüşündə gündəmə gətiriləcək. Növbəti gün isə müzakirələrə Ukrayna və Moldovanın rəhbərləri də qoşulacaqlar.

Qeyd edək ki, Macarıstanın mövqeyi Ukrayna müharibəsi məsələsində Aİ-dəki ümumi xəttdən fərqlənir. Baş nazir Viktor Orban Kiyevə hərbi yardım göstərilməsinin əleyhinə çıxır, Rusiyaya qarşı sərt ritorikanı bölüşmür və Moskva ilə enerji əməkdaşlığını davam etdirir. Bundan başqa, Budapeşt dəfələrlə Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarının qəbulunu müvəqqəti bloklayıb. Orban hazırda Aİ-də ən pro-rusiyameyilli liderlərdən biri hesab olunur.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
azpolitika.info

1Источники