RU

Hikmət Hacıyev TDT Baş katibinin müavinini qəbul etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocamanı, eləcə də üzv dövlətlərdən gəlmiş nümayəndə heyətlərini qəbul edib.

 

Bu barədə TDT-nin "X" hesabında bildirilib.

 

Görüş Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin XI toplantısı çərçivəsində keçirilib.

Tarix: 30 Sentyabr 2025, 18:36   
Избранный
31
19
pravda.az

10Источники