“Real”ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 2-ci turunda Qazaxıstan təmsilçisi “Kayrat”la oyuna ehtiyatda başlayacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bu gün Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Kayrat”la “Real” üz-üzə gələcək.
Qarşılaşma Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda keçiriləcək və saat 20:45-də start köçürəcək.
Real Çempionlar Liqasının ilk turunda “Marsel”i 2:1 hesabı ilə məğlub edib, “Kayrat” isə “Sportinq”ə uduzub – 1:4.