RU

Taekvondoçularımızdan möhtəşəm uğur: Ümumilikdə 22 medal - FOTO

Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən III MDB Oyunlarının taekvondo yarışlarının ikinci günü də Azərbaycan millisinin aktivinə uğurla yazılıb.

Apasport.az xəbər verir ki,  taekvondoçularımız yüksək nəticələr göstəriblər.

Günün ən parlaq çıxışını 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Vasif Səlimov edib. O, rəqiblərinin hamısını üstələyərək qızıl medala sahib olub.

Bundan əlavə, komandamızın digər üzvləri də fəxri kürsüdən kənarda qalmayıb. Nigar Abdullayeva və Leyla Bəşirova (hər ikisi 57 kq), Səmərrux Osmanova və Zemfira Həsənzadə (hər ikisi 49 kq), Zemfira Aslanova və Nərmin Ənsəri (hər ikisi 67 kq), Fuad Məhərrəmli və Məhəmməd Həsənli (hər ikisi 58 kq), Rza Əsədli (80 kq) və Xan Məmmədzadə (87 kq) yarışları bürünc medalla tamamlayıblar.

Beləliklə, taekvondoçularımız III MDB Oyunlarını 22 medalla başa vurdular.

Xatırladaq ki, turnirin ilk günündə Azərbaycan taekvondo millisi ümumilikdə 11 medal (3 qızıl, 2 gümüş, 6 bürünc) qazanaraq MDB Oyunlarına möhtəşəm başlanğıc etmişdi.

Ziya Həsənli: "Böyük nailiyyətlər qazanacağıma inanıram"

Azərbaycanlı taekvondoçu: “Hədəfim olimpiya oyunlarında yüksək nəticə göstərməkdir"

III MDB Oyunları: 14 taekvondoçumuz medallar uğrunda mübarizə aparacaq

Ziya Həsənli: “Tarixdə birinci olmaq - möhtəşəm hissdir”

Taekvondoçularımızın zəfərindən FOTOLENT

Избранный
45
4
apasport.az

6Источники