RU

III MDB Oyunları: Taekvondo millimiz turniri 22 medalla başa vurub - YENİLƏNİB

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında taekvondo yarışları başa çatıb.

İdman.biz xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışların ikinci günündə Azərbaycanın 11 təmsilçisi fəxri kürsüyə yüksəlib.

Bunlardan Vasif Səlimov (68 kiloqram) qızıl, Nigar Abdullayeva, Leyla Bəşirova ( hər ikisi 57 kiloqram), Səmərrux Osmanova, Zemfira Həsənzadə ( hər ikisi 49 kiloqram), Zemfira Aslanova, Nərmin Ənsəri ( hər iki 67 kiloqram), Fuad Məhərrəmli, Məhəmməd Həsənli ( hər ikisi 58 kiloqram ), Rza Əsədli (80 kiloqram) və Xan Məmmədzadə (87 kiloqram) bürünc medal qazanıblar.

Ötən gün isə Azərbaycan taekvondoçuları 11 medal əldə ediblər.

Beləliklə, Azərbaycanın taekvondo komandası III MDB Oyunlarını 22 medalla başa vurub.
13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

18:34

III MDB Oyunları çərçivəsində taekvondo yarışlarında Azərbaycan komandası daha bir qızıl medala yiyələnib.
68 kq çəki dərəcəsində çıxış edən Vasif Səlimov finalda rəqibinə qalib gələrək qızıl medala layiq görülüb.

Azərbaycan taekvondoçuları yarışın dünənki günündə 3-ü qızıl olmaqla, 11 medal qazanmışdılar.

İdman.biz

Избранный
30
17
idman.biz

10Источники