GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Baş nazir Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın təklif etdiyi plana uyğun olaraq İsrail ordusunun Qəzza zolağının əksər hissəsində qalacağını açıqlayıb. Əsas şərtlərdən biri diri və ya ölü olmaqla bütün israilli girovların azad edilməsidir.
Globalinfo.az xəbər verir ki, Netanyahunun sözlərinə görə, ərəb və İslam dünyası HƏMAS-a təzyiq göstərir.
Məqsəd İsrail və Trampın müzakirə etdiyi şərtlərlə razılaşmamağa razı salmaqdır.
O əlavə edib ki, HƏMAS bundan imtina edərsə, plan ABŞ-ın tam dəstəyi ilə həyata keçiriləcək və İsrailə hərbi əməliyyatı başa çatdırmağa və təhlükəni neytrallaşdırmağa imkan verəcək.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.