RU

Trampın Qəzza planındakı dilemmalar: müharibə bitəcəkmi?

Donald Trampın Qəzzada müharibəni dayandırmaq məqsədilə qəbul edilən 20 bəndlik planının bölgədə baş verənlər fonunda ümidverici olsa da, bunun yekun sülhü gətircəyi sual altındadır.

Planda fələstinlilər üçün müsbət məqamlar var:

- Qəzzanın beynəlxalq iştirakla müvəqqəti xarici idarəetməyə verilməsi İrailin bölgəni ilhaq etmək cəhdlərinin arxa plana keçməsi deməkdir;
- Qəzzalıların evlərini tərk etməsi məcburiyyəti aradan qaldırılır;
- Həbsdə olan qəzzalılar azad ediləcək;
- İsrail ordusu Qəzzadan çıxa bilər: plana görə, İDF girovların azad edilməsinə hazırlaşmaq üçün razılaşdırılmış xəttə qədər geri çəkiləcək, bu müddətdə bütün hərbi əməliyyatlar dayandırılacaq və mərhələli geriçəkilmə şərtləri yerinə yetirilənə qədər döyüşlər dondurulacaq;

Lakin planın praktiki müstəvidə icrasını sual altına salan bir məqam var: HƏMAS-ın silahı yerə qoyması və Qəzzanın idarəetməsindən uzaqlaşdırılması;

Tramp da bəyan edib ki, “HƏMAS-ın birbaşa və ya dolayı yolla Qəzzanın idarə olunmasında heç bir rolu olmayacaq”. Bu, HƏMAS-ın tamamilə məğlubiyyəti və siyasi/hərbi fəaliyyətinə son qoyması deməkdir. Bu baxımdan, qruplaşma planla bağlı düşünmək niyyətindədir. HƏMAS üçün hər iki halda – planı qəbul etməyəcəyi, yaxud edəcəyi təqdirdə perspektivlər dumanlı görünür. Qruplaşmanın Trampın verdiyi 4 gün zamanı var. Bu müddətdə HƏMAS bir neçə istiqamətdə hərəkət edə bilər:

- Danışıqların şərtlərini dəyişmək – mövcudluğunu bu və ya digər formada saxlamaq üçün plana “altbəndlərin” əlavə edilməsinə nail olmaq;
- Plan razılaşmaq, lakin icra prosesində - girovların qaytarılması, fələstinlilərin azad edilməsi, İsrail qüvvələrinin çəkiləcəyi xətlərin müəyyən edilməsi və s. – zaman qazanmaq və şərtləri dəyişməyə çalışmaq;
- Müqaviməti davam etdirmək və Netanyahunun Trampla razılaşdığı plana praktiki müstəvidə məhəl qoymadığını göstərmək;

İsrail də eyni taktikadan istifadə edə, HƏMAS-ın girovları azad etmək və silahı yerə qoymaq niyyətinin olmadığını göstərməyə çalışa bilər, çünki plan Qəzza ilə bağlı yekun hədəfi tam əhatə etmir, xüsusilə bölgənin idarəetməsində ərəb ölkələrinin iştirakı və bu qədr müharibədən sonra nəzarəti ələ ala bilməməsi fonunda. İsrailin planı qəbul etməsini iki əsas səbəbdən qaynaqlanır:

1. Avropa ölkələri də daxil olmaqla beynəlxalq ictimaiyyətin etirazı – Fələstinin müstəqilliyinin tanınması;
2. Dünyanın etirazı qarşısında ABŞ-ın İsrailə tam dəstək verə bilməməsi;

20 bəndlik Qəzza planı isə minumum və maksimum ssenarilərdə İsrailə sərf edir.

Plan icra edilərsə, HƏMAS tamamilə sıradan çıxacaq. Bu, minumum hədəfə nail olmaqdır. Qruplaşmanın plandan imtina etməsi İsrailə maksimum hədəfinə çatmaq üçün hücumlarına davam etməsi imkanı verir. Bu halda, ABŞ İsraili dəstəkləyəcək, Tramp da bəyan edib ki, “HƏMAS planı qəbul etməsə, çox kədərli sonluq olacaq”.

Belə bir ssenaridə Qəzzada İsraili dayandırmaq çağırışları edən Türkiyə, ərəb ölkələri və Avropa çətin vəziyyətə düşəcək. ABŞ davam edən müharibəyə görə HƏMAS-da olduğunu deməklə İsrailin hücumlarını dəstəkləyəcək.

Qəzza məsələsində faktiki olaraq, dilemmativ vəziyyət yaranır. Və Trampın 20 bəndlik həll planının problemə son qoyacağı ehtimalı zəifləyir. Həll planının daha çox dnışıqlar üçün “çərçivə sazişi”nə bənzəməsi və özündə detalları əks etdirməməsi də qəbul ediləcəyi təqdirdə, icra prosesinin zaman alacağını deməyə əsas verir.

Asif Nərimanlı




Избранный
17
1
publika.az

10Источники