RU

“Qarabağ” “Kopenhagen”lə oyundan öncə stadionda yenilik edəcək

BAKI, 30 sentyabr. TELEQRAF

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) ilə oyun öncəsi azarkeşlərə xüsusi sürpriz hazırlayıb.

Teleqraf klubun rəsmi saytına istonadən xəbər verir ki, matçdan əvvəl Qarabağ atları stadionun ətrafında dövrə vuraraq tribunadakı azarkeşlərə unudulmaz anlar yaşadacaq.
Bu ənənəvi simvol klubun adını və Qarabağ ruhunu azarkeşlərə daha yaxından çatdırmaq məqsədi daşıyır.

Dövrə stadionun atletika zolağında saat 19:35-də start götürəcək. Bu, azarkeşlər üçün motivasiya məqsədilə nəzərdə tutulub.

Qeyd edək ki, “Qarabağ” - “Kopenhagen” matçı oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.

Избранный
14
3
teleqraf.com

10Источники